Lider büdrədi, “Herta” Bundesliqa ilə vidalaşdı
20.05.2023 - 22:30
Lider büdrədi, “Herta” Bundesliqa ilə vidalaşdı

Bu gün Almaniya Bundesliqasında 33-cü turun 5 oyunu keçirilib.

Apasport.az saytı xəbər verir ki, lider “Bavariya” öz meydanında məğlub olub.

Bu məğlubiyyət çempionluq yolunda “pivəçilərə” baha başa gələ bilər. “Leyptsiq”ə 1:3 hesabı ilə komanda sabah liderliklə vidalaşmaq təhlükəsi ilə üzləşib.

Tur həm də Bundesliqanı tərk edəcək ilk komandanın adına aydınlıq gətirib. Növbəti dəfə xal itirən “Herta” 10 ildən sonra aşağı liqaya yuvarlanıb.

Qeyd edək ki, “Bavariya”dan 1 xal geri qalan “Borussiya” “Ausburq”un qonağı olacaq.

33-cü tur

"Herta" - "Bohum" - 1:1

"Verder" - "Köln" - 1:1

"Şalke" - "Ayntraxt" - 2:2

"Hoffenhaym" - "Union Berlin" - 4:2

"Bavariya" - "Leyptsiq" - 1:3

0