“Lill”dən əzmkar qələbə
21.05.2023 - 01:24
“Lill”dən əzmkar qələbə

Fransa çempionatının 36-cı turu “Lill” üçün uğurlu alınıb.

Apasport.az-ın məlumatına görə, komanda evdə güclü “Marsel”dən üstün olub.

Hesabı qonaq komanda açsa da, meydan sahibləri fasilədən sonra oyunda dönüş yarada biliblər. David və Bambanın qolları yekun nəticəni müəyyənləşdirib – 2:1.

Qeyd edək ki, bu qələbə sayəsində “Lill” Avropa kuboklarında iştirak etmək üçün yaxşı şans əldə edib.

36-cı tur

“Nant” – “Monpelye” – 0:3

“Lill” – “Marsel” – 2:1

 

 

0