"Liverpul" cavab oyununda 1/16 finala çıxdı
18.01.2023 - 01:36
"Liverpul" cavab oyununda 1/16 finala çıxdı

İngiltərə Kubokunda 1/32 finalın qalibi müəyyənləşməyən cütləri arasında cavab qarşılaşmalarından 4-ü baş tutub.

Apasport.az xəbər verir ki, gecənin əsas oyununda 2 Premyer Liqa klubu təkrar üz-üzə gəlib.

Liverpuldakı matçda 2:2 hesablı geridönüşə nail olmuş "Vulverhempton" bu dəfə öz meydanında ehtiyat heyətlə meydana çıxmış rəqibinə sürpriz etməyi bacarmayıb. Belə ki, Harvi Eliotun 13-cü dəqiqədə vurduğu möhtəşəm qolla "Liverpul" adını 1/16 finala yazdırıb. "Liverpul" növbəti mərhələdə də Premyer Liqa klubu ilə qarşılaşacaq. Rəqib daha güclü olan "Brayton" olacaq və matç səfərdə keçiriləcək.

İngiltərə Kuboku
1/32 final (cavab qarşılaşmaları)

"Forest Qrin" – "Birminqem" 1:2
"Svonsi" – "Bristol Siti" 1:2
"Viqan" – "Luton" 1:2
"Vulverhempton" – "Liverpul" 0:1

Qeyd edək ki, daha iki 1/32 final oyunu – "Lidz" – "Kardiff" (18 yanvar) və "Akrinqton" – "Borhem Vud" (24 yanvar) matçları ilə 1/16 finalın bütün iştirakçılarının adlarına aydınlıq gələcək. 

0