Mahir Emrelinin komandası mübarizəni dayandırdı
                    
                    15.03.2024 - 00:15
                        
                     
                    Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulur.
Apasport.az xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi "Dinamo" da növbəti oyununu keçirib.
Komanda PAOK-un qonağı olub. İlk görüşdə 2:0 hesablı qələbə qazanan zaqreblilər üçün cavab matçı uğursuz alınıb. Xorvatiyalılar 1:5 hesabı ilə məğlub olub.
Komanda bununla da, Konfrans Liqası ilə vidalaşıb. Həmyerlimiz zədəli olduğundan onun adı iştirak ərizəsində yer almayıb.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            