“Mançester Siti” – ardıcıl üçüncü çempionluq
20.05.2023 - 23:05
“Mançester Siti” – ardıcıl üçüncü çempionluq

2022/2023 mövsümündə İngiltərə çempionatında qalibin adı rəsmiləşib.

Apasport.az saytı xəbər verir ki, “Mançester Siti” ardıcıl üçüncü dəfə çempion tituluna sahib çıxıb.

Bu gün “Arsenal” səfərdə məğlub olması “şəhərlilər”in meydana çıxmadan qalib olmasını təmin edib. Rəqibi 4 xal qabaqlayan Pep Qvardiolanın komandasının üç, “Arsenal”ın isə bir oyunu qalıb.

Ardıcıl 3 dəfə çempion olan komanda həm də həmşəhərlilərin nəticəsini təkrarlayıblar. "Mançester Yunayted" iki dəfə dalbadal üç çempionluq əldə edib (1998/99, 1999/2000, 2000/01 və 2006/07, 2007/08, 2008/09).

Qeyd edək ki, “Mançester Siti” tarixində 9-cu dəfə İngiltərə çempionu olur.

0