"Mançester Siti" "Liverpul"u İngiltərə kubokundan kənarlaşdırdı
23.12.2022 - 01:54
"Mançester Siti" "Liverpul"u İngiltərə kubokundan kənarlaşdırdı

İngiltərə Kubokunda 1/8 final mərhələsinin oyunları başa çatıb.

Apasport.az-ın xəbərinə görə, 1/4 finala adlayan sonuncu komanda "Mançester Siti" olub.

"Şəhərlilər" İngiltərədə prinsipial rəqibinə çevrilmiş "Liverpul"u 3:2 məğlub edib.

Bununla da 1/4 finalda yarışacaq komandalar "Vulverhempton", "Sauthempton", "Notinqem", "Nyukasl", "Mançester Siti", "Mançester Yunayted", "Lester" və "Çarlton" olacaq. Püşkatmadan sonra 9 yanvarda oyunları keçiriləcək 1/4 final cütləri müəyyənləşəcək. 

0