İngiltərə Premyer Liqasında “Mançester Siti” çempionluğa bir addım da yaxınlaşıb.
Apasport.az saytı xəbər verir ki, son 3 oyunda “şəhərlilər”ə bir qələbə kifayət edəcək.
Səfərdə “Everton”a qalib gələn Pep Qvardiolanın komandası “Arsenal”la aradakı xal fərqini 4-də saxlayıb. Digər məqam “Mançester Siti”nin ehtiyatda bir oyununun qalmasıdır.
“Arsenal” isə öz meydanında “Brayton”a uduzaraq, çempionluq şanslarını minimuma endirib.
Qeyd edək ki, “Mançester Siti” 35 oyunda 85 xal, “Arsenal” isə 36 matçda 81 xal toplayıb.
36-cı tur
“Everton” – “Mançester Siti” – 0:3
Qollar: Gündoğan, 37; 51. Holand, 39.
“Arsenal” – “Brayton” – 0:3
Qollar: Enkiso, 51. Undav, 86. Estupinan, 90+6
“Brentford” – “Vest Hem” – 2:0
Qollar: Mbeumo, 20. Vissa, 43.
- İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”