Mbappe Olimpiadanı buraxa bilər
14.03.2024 - 23:19
Mbappe Olimpiadanı buraxa bilər

Kilian Mbappe Olimpiya Oyunlarını buraxa bilər.

Apasport.az xəbər verir ki, o, böyük ehtimalla yayda Parisdə keçiriləcək turnirdə Fransa millisinin heyətində çıxış etməyəcək.

Buna səbəb ulduz hücumçunun “Real"a potensial transferidir. Bildirilir ki, futbolçunun yeni klubu mövsümün startından öncə onu Fransa Olimpiya komandasına yollamaq istəmir.

Qeyd edək ki, Olimpiya Oyunlarında futbol turniri iyulun 24-dən avqustun 10-dək keçiriləcək.

0