Meksika və Cənubi Koreya liderlik üçün üz-üzə - YENİLƏNİR
19.06.2026 - 05:01
Meksika və Cənubi Koreya liderlik üçün üz-üzə - YENİLƏNİR

2026-cı il dünya çempionatında A qrupunun II turuna yekun vurulur.

Apasport.az xəbər verir ki, turun son oyununda Meksika millisi Cənubi Koreya ilə qarşılaşır. 

Görüş 19 iyun Bakı vaxtı ilə saat 05:00-da başlayıb. 

Hər iki komanda ilk turda qələbə qazanıb. Meksika CAR-a 2:0, Cənubi Koreya isə Çexiyaya 2:1 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, A qrupunun digər oyununda Çexiya və CAR 1:1 hesablı heç-heçə edib.

DÇ-2026
A qrupu, II tur
19 iyun
05:00. Meksika - Cənubi Koreya 0:0

Meksika: Anxel Rangel, Xesus Sançes, Edson Alvares, Yohan Vaskes, Xesus Qalyardo, Luis Romo, Erik Lira, Marsel Rutyes, Roberto Alvarado, Raul Ximenez, Kinyones.

Cənubi Koreya: Kim Donq Hon, Li Te Sok, Kim Min Ce, Li Han Bom, Li Teq Hi, Paik Sın Ho, Hvan İn Bom, Yanq Hyon Con, Li Kan İn, Li Donq Kyon, Son Hın Min.