Millimiz Fransaya qarşı - YENİLƏNİR
10.10.2025 - 09:16
Millimiz Fransaya qarşı - YENİLƏNİR

Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız D qrupunda səfərdə Fransa ilə qarşılaşacaq.

“Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Norveçdən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

DÇ-2026
Seçmə mərhələ, III tur

22:45. Fransa – Azərbaycan
“Park de Prens”, Paris

Baş hakim: Rohit Saqqi
Baş hakimin köməkçiləri: Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen
Dördüncü hakim: Daniel Higraff
VAR: Tom Harald Hagen
AVAR: Siqurd Krinqstad