DÇ-2026-nın seçmə mərhələsi davam edir.
Apasport.az xəbər verir ki, Misli Premyer Liqası təmsilçilərindən "Qarabağ" və "Neftçi"nin futbolçuları da növbəti matçlarına çıxıblar.
Ağdamlıların üzvləri Marko Yankoviç və Marko Veşoviç, həmçinin "ağ-qaralar"ın yarımmüdafiəçisi Edvin Kuçun şərəfini qoruduğu Monteneqro millisi Çexiya ilə qarşılaşıb.
Robert Prosineçkinin yetirmələri görüşdən xalsız ayrılıblar - 0:2.
Hər üç futbolçu meydana start heyətində çıxıb. Kuç 62, Veşoviç 84 dəqiqə meydanda olub. Yankoviç isə sonadək oynayıb.
Qeyd edək ki, Monteneqro millisi 3 oyundan sonra 6 xalla qrupda ikinci pillədə qərarlaşıb.
- "Kayrat" bura qədər: 2 komanda Çempionlar Liqası ilə vidalaşdı
- ÇL: “Real”dan darmadağın, “Siti” və PSJ məğlub oldu - YENİLƏNİB
- Afrika Millətlər Kuboku: Yerlərdə süründü, dəsmalı vermədi, qəhrəman oldu - VİDEO
- Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu bilindi
- Afrika Millətlər Kuboku: Nigeriya bürünc mükafata sahib çıxıb