“Neftçi”nin mümkün rəqiblərinin duelində qollu sülh
05.08.2022 - 00:00
“Neftçi”nin mümkün rəqiblərinin duelində qollu sülh

Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, “Neftçi”nin pley-offdakı rəqibləri arasında ilk matç başa çatıb.

Lixtenşteyndə “Vaduts” Türkiyə “Konyaspor”unu qəbul edib. Görüşün taleyini ikinci hissədə həll olunub. 72-ci dəqiqədə fərqlənən cırtdan ölkə təmsilçisi Franklin Saserenin qolu ilə hesabda önə keçib. Konyalılar 89-cu dəqiqədə Muhammed Demirin qolu ilə məğlubiyyətdən xilas olub – 1:1. 

Komandalar arasında cavab oyunu avqustun 11-də Türkiyədə təşkil olunacaq. Cütün qalibi pley-offda “Neftçi” – “Rapid” duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, pley-offun matçları avqustun 18-də və 25-də keçiriləcək.
 

0