"Nyukasl"dan Liqa Kubokunun yarımfinalında çətin qələbə
25.01.2023 - 02:33
"Nyukasl"dan Liqa Kubokunun yarımfinalında çətin qələbə

İngiltərə Liqa Kubokunun ilk yarımfinal görüşü keçirilib.

Apasport.az xəbər verir ki, "Nyukasl" "Sauthempton" səfərində 73-cü dəqiqədə braziliyalı Joelintonun vurduğu qolla 1:0 qalib gəlib.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu yanvarın 31-də Nyukasl şəhərinin "Sent Ceyms Park" arenasında keçiriləcək.

0