Paris-2024: Millinin üzvü komandadan qovuldu
29.07.2024 - 10:36
Paris-2024:  Millinin üzvü komandadan qovuldu

Braziliyanın üzgüçülük millisinin üzvü Ana Karolina Vieyra komandadan qovulub.

Apasport.az xəbər verir ki, buna idmançının Parisdəki Olimpiya kəndini icazəsiz tərk etməsi səbəb olub.

Vieyra iyulun 26-da komanda yoldaşı Qabriel Santosla birlikdə düşərgəni icazəsiz tərk edib. Hər iki idmançıya xəbərdarlıq edilib. Lakin A.K.Vieyra komissiyanın qərarına aqressiv şəkildə etiraz etdiyi üçün millinin düşərgəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Braziliya millisi 4x100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının təsnifat mərhələsində 12-ci yeri tutub.

0