PSJ 150 milyon avroya "yox" deyir
18.05.2023 - 23:28
PSJ Viktor Osimhenə görə tələb olunan transfer rəqəminə görə narazıdır.
Apasport.az-ın məlumatına görə, "Napoli" nigeriyalı hücumçuya görə nə az-nə çox, düz 150 milyon avro tələb edir.
Fransa klubunun əsas transfer hədəfi olan Osimhen, deyəsən, həyata keçməyəcək. "Napoli"nin rəhbərliyi istəyi fransalıları ciddi düşünməyə vadar edib.
Qeyd edək ki, 33 ildən sonra,"Napoli"nin İtaliya çempionu olmasında böyük pay sahibi olan forvard A seriyasında 29 matçda 23 qol vurub.
- DÇ-2026: Portuqaliya və Norveçdən darmadağın, Ukrayna pley-offda - YENİLƏNİB
- Didye Deşam: “Azərbaycan millisində əvvəlki illərlə müqayisədə irəliləyiş var”
- Millimiz Fransaya məğlub oldu - YENİLƏNİB
- DÇ-2026: Türkiyədən inamlı qələbə, İspaniyadan darmadağın - YENİLƏNİB
- Millimiz Şimali İrlandiyaya məğlub olub
0
0