![Qurban Qurbanov: "Bu turnirdə keçirdiyimiz matçlar bizim üçün böyük təcrübə oldu"](https://apasport.az/storage/news/2024/march/15/big/65f38e1cd0ce565f38e1cd0ce6171046044465f38e1cd0ce365f38e1cd0ce4.jpg)
Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" "Bayer"in qonağı olub.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə nəticələnib. Oyundan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“Futbolçularıma təşəkkür edirəm. Məğlub olsaq da, çox ağır oyunda futbolçularım sonadək mübarizə apardılar. Bizim gözəl azərbaycanlı azarkeşlərimizə təşəkkür edirəm. 3 min azarkeş bu gün bizimlə oldu. Komandaya böyük güc və arxa oldular. Xabi Alonsonu təbrik edirəm ki, növbəti mərhələyə keçdilər. Həm rəqibə, həm də özümüzə uğurlar arzulayıram. Bu turnirdə keçirdiyimiz matçlar bizim üçün böyük təcrübə oldu. Avropa futbolunun hansı səviyyədə olduğunu gördük. Belə rəqiblərə qarşı fiziki cəhətdən hazırlıqlı olmalıyıq. Belə oyunlarda bir səhv, qırmızı vərəqə nəticəyə təsir edir. Futbolçular rəqibdən çəkinmədilər, istəkli oldular. Bu da mənim üçün vacib idi”.
- "Mançester Siti" - "Real" matçı bu kanalda
- AVRO-2027 Serbiya və Albaniyada keçiriləcək
- Avropa Liqası: "Qalatasaray" və "Fənərbaxça"nın matç saatları bəlli olub
- Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının vaxtı açıqlanıb
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın rəqibləri bəlli oldu - YENİLƏNİB