
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçiriləcək Konfrans Liqasının final oyunu barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis apasport.az saytına açıqlamasında “Roma” ilə “Feyenoord” arasındakı həlledici qarşılaşmaya münasibət bildirib.
Qurbanov hər iki komandanın özünəməxsus üstünlüyə malik olduğunu düşünür:
“Final haqqında fikir söyləmək çox çətindir. Əgər bu komandalar finala qədər gəliblərsə, deməli, turnirə ciddi yanaşıblar və bir-birlərinə ciddi rəqibdirlər. Ona görə də fikir bildirmək asan deyil.
Hər komandanın öz özəlliyi, üstünlüyü var. Məsələn, “Roma” önündə “Feyenoord”u oyun baxımından daha üstün saya bilərəm. İtaliya A seriyasındakı matçlarını nəzərə alsaq, “Roma” qeyri-stabil görünür.
Amma Joze Mourinyo amili var. O Mourinyo ki, demək olar bütün finallarda qalib gəlib. Şanslı məşqçidir. Bu amili nəzərə alanda “Roma”nın da qazanmaq ehtimalı var”.
Qeyd edək ki, Tiranada keçiriləcək final qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- DÇ-2026: Kolumbiyadan darmadağın, Argentinadan minimalhesablı məğlubiyyət
- “Beşiktaş”ın yeni transferi millinin heyətində zədələnib
- Ukrayna millisinin futbolçusu: “Azərbaycanla görüş gözlədiyimizdən daha çətin keçdi”
- DÇ-2026: Norveçdən 11 qol, Haalanddan penta-trik - YENİLƏNİB
- Elnur Çodarov: “Oyunu yüksək qiymətləndirirəm”