Ronaldonun komandası fərqi üçə endirdi
17.05.2023 - 00:32
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında növbəti qolunu vurub.
Apasport.az-ın məlumatına görə, portuqaliyalı hücumçu “Əl-Tae” ilə görüşün 52-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib.
“Əl-Nəsr” səfərdə 2:0 hesabı ilə qalib gəlib və xallarının sayını 60-a yüksəldib. Əvəzində rəqib meydançasında iki xal itirən lider “Əl-İttihad” fərqin 3-ə enməsinə və Ronaldonun komandasının ona yaxınlaşmasına şərait yaradıb.
Qeyd edək ki, Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 13 dəfə fərqlənib.
27-ci tur
“Əl-Tae” – “Əl-Nəsr” – 0:2
“Əl-Hilal” – “Əl-İttihad” – 1:2
- DÇ-2026: Portuqaliya və Norveçdən darmadağın, Ukrayna pley-offda - YENİLƏNİB
- Didye Deşam: “Azərbaycan millisində əvvəlki illərlə müqayisədə irəliləyiş var”
- Millimiz Fransaya məğlub oldu - YENİLƏNİB
- DÇ-2026: Türkiyədən inamlı qələbə, İspaniyadan darmadağın - YENİLƏNİB
- Millimiz Şimali İrlandiyaya məğlub olub
0
0