Saka ən yaxşı adına layiq görülüb
12.12.2024 - 19:58
Saka ən yaxşı adına layiq görülüb

Çempionlar Liqasında Liqa mərhələsinin VI turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu ada "Arsenal" futbolçusu Bakayo Saka layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı ingiltərəli vinger azarkeşlər arasında keçirilən sorğuda "Bavariya"dan Maykl Olise, "Brest"dən Marko Bizo, "Atletiko"dan Antuan Qrizmannı qabaqlayıb.

0