“Selye”nin futbolçusu: “Sabah”ın zəif tərəflərini bilirik”
09.07.2025 - 21:17
“Selye”nin futbolçusu: “Sabah”ın zəif tərəflərini bilirik”

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" - "Selye" matçından öncə qonaqların futbolçusu Mark Zabukovnik mətbuat konfransında iştirak edib:

"Komandaya gec qoşulanların hazırlıq üçün vaxtı daha az olub. Buna baxmayaraq, biz bu zamandan lazımınca istifadə etmişik. Biz meydanda və ondan kənarda birlikdə çox vaxt keçirmişik ki, yenilər bizim sistemə uyğunlaşsın. Komandada mühit çox pozitivdir. Məşqlər fərqli, oyun isə başqadır. Biz sabahkı oyuna fiziki və taktiki cəhətdən yaxşı hazırlaşmışıq. Rəqibi təhlil etmək üçün bizim kifayət qədər vaxtımız olub. "Sabah"ın təhlükəli və zəif tərəflərini bilirik. Oyunda bu amillərdən öz xeyrimizə istifadə etməliyik".

Qeyd edək ki, komandalar arasında ilk oyun sabah saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.