Skaloni argentinalı jurnalistlərə əsəbləşdi: "Niderlandın tərəfindəsiz?"
09.12.2022 - 01:31
Skaloni argentinalı jurnalistlərə əsəbləşdi: "Niderlandın tərəfindəsiz?"

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın qapalı məşqindən sonra yarımmüdafiəçi Rodriqo De Polun zədədən qayıdışı ilə bağlı məlumatlara görə argentinalı jurnalistləri tənqid edib.

Apasport.az xəbər verir ki, Madrid "Atletiko"sunun yarımmüdafiəçisi dekabrın 3-də dünya çempionatının 1/8 finalında Avstraliyaya qarşı oyunda (2:1) bud əzələlərindən zədə alıb.

Onun Niderlandla oyunda iştirakı şübhə altında olsa da, sağaldığı məlum olub. Bunun mətbuatda yer alması Skalonini əsəbləşdirib: “Uşaqlar, dünən məşq bağlı qapılar arxasında keçirildi. Bilmirəm, siz və mən Argentina, yoxsa Niderlandın tərəfindəyik, yoxsa yox? Məşq bağlı qapılar arxasında keçirilib. Bizi mətbuata atılan məlumatlar maraqlandırmır. Ancaq biz Argentina millisinin ətrafındakı ab-havanı yaxşılaşdırmalıyıq".

Qeyd edək ki, Argentina millisi bu gün dünya çempionatının 1/4 final matçında Niderlandla qarşılaşacaq.

0