Son baş məşqçinin göstəricisini təkrarladı
12.06.2026 - 10:25
Son baş məşqçinin göstəricisini təkrarladı

Cənubi Koreya millisinin hücumçusu Son Hın-Min dünya çempionatları tarixində xüsusi göstəriciyə imza atıb.

Apasport.az xəbər verir ki, 33 yaşlı futbolçu DÇ-2026-nın A qrupunda Çexiyaya qarşı keçirilən I turun matçında meydana çıxıb.

Start heyətində yer alan və 69-cu dəqiqədə əvəzlənən Son Hın-Min bununla da karyerasında 4-cü dəfə mundialda iştirak edib. O, 2014, 2018, 2022 və 2026-cı illərdə dünya çempionatında forma geyinib.

Son Hın-Min Cənubi Koreya millisinin tarixində bunu bacaran ikinci futbolçu olub. Daha əvvəl hazırda yığmanın baş məşqçisi olan Hon Myanq-Bo da 4 dünya çempionatında çıxış edib.

Qeyd edək ki, Cənubi Koreya Çexiyaya 2:1 hesabı ilə qalib gəlib.