Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Preddvor” stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 46-cı dəqiqədə Ziya Şəkərxanov və 55-ci dəqiqədə Şahin İbrahimov vurublar.
Qeyd edək ki, U-19 beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın 6-da Farer adaları yığmasına qarşı keçirəcək.
- Ayxan Abbasov: “Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik”
- Millətlər Liqası: Almaniya Serbiyanı məğlub etdi, Niderlanddan darmadağın – YENİLƏNİB
- Millimiz D Liqasının qrupunu lider başa vurdu – YENİLƏNİB
- Asim Xudiyev UEFA Millətlər Liqasının oyununa təyinat alıb
- Rauf Əliyev: “Valideynlər övladlarının hücumçu olmasını istəmirlər”