Xərçəngdən müalicə olunmuş futbolçu 7 dəqiqəyə het-trik etdi
13.01.2023 - 22:35

Bu gün “Borusiya” (Dortmund) “Bazel”lə (İsveçrə) yoxlama matçı keçirib.
Apasport.az xəbər verir ki, Almaniya klubunun rəqibini 6:0 hesabı ilə darmadağın etdiyi oyunda Sebastyen Ale diqqət mərkəzinə düşüb.
2022-ci ilin iyulunda “Borusiya”ya transfer olunan, anası Fil Dişi Sahilindən olan fransalı hücumçuda xərçəng qeydə alınıb. Bundan sonra o, kimyaterapiyadan keçib və 2 dəfə əməliyyat olunub.
Bu ay məşqlərə qayıdan futbolçu bugünkü matçda meydana çıxıb. 61-ci dəqiqədə oyuna daxil olan Ale 7 dəqiqə ərzində het-trik edib. O, matçın sonlarında - 81, 86 və 88-ci dəqiqələrdə fərqlənib.
- DÇ-2026: Kolumbiyadan darmadağın, Argentinadan minimalhesablı məğlubiyyət
- “Beşiktaş”ın yeni transferi millinin heyətində zədələnib
- Ukrayna millisinin futbolçusu: “Azərbaycanla görüş gözlədiyimizdən daha çətin keçdi”
- DÇ-2026: Norveçdən 11 qol, Haalanddan penta-trik - YENİLƏNİB
- Elnur Çodarov: “Oyunu yüksək qiymətləndirirəm”
0
0