Yamaldan ardıcıl rekordlar
07.05.2025 - 10:58

"Barselona"nın vingeri Lamin Yamal cari Çempionlar Liqasında bir matçda uğurlu driblinglərin sayına görə rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 17 yaşlı futbolçu "İnter"lə cavab oyununda (3:4) rəqiblərini 14 dəfə məğlub edərək turnirin rekordunu yeniləyib.
Bundan əvvəl PSJ-nin futbolçusu Bredli Barkol "Salzburq" ilə matçda 10 driblinqlə ən yaxşı ünvanına sahib idi.
Həmçinin Yamal 18 yaşadək qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsində 10 matça çıxan ilk oyunçu olub.
Qeyd edək ki, “İnter” ümumi hesabda “Barselona”nı 7:6 məğlub edərək finala vəsiqə qazanıb.
0
0