Millətlər Liqasının V turunun Azərbaycan - Estoniya matçından (0:0) sonra qonaqların baş məşqçisi Yurgen Hennin mətbuat konfransı keçirilib.
- İki oyunu nəzərə alsaq, Estoniya millisi Azərbaycanı nədə üstələdi?
- Hansı bucaqdan baxılmasından asılıdır. Nəticə baxımından bizim xeyrimizə oldu. Epizodları dəyərləndirsək, bərabər oyun getdiyini deyə bilərik. Bu gün ikinci hissə bizim üçün çətin oldu.
- Sizin qarşınıza qoyulan hədəflər nədir?
- Milli komandanın irəliləyişini təmin etmək. Üzərində işləməli olduğumuz çox şey var.
- Bugünkü 1 xalı 3 xala bərabər hesab edirsiz?
- Turnir cədvəlinə baxsaq, elə demək olar. Futbolda ən önəmli şey nəticədir. Oyundan əvvəl biz daha əlverişli vəziyyətdə idik.
- Qəbələ şəhəri və stadion barədə fikirləriniz necədir?
- Stadionu çox bəyəndim. Çox bəxtəvərsiz ki, belə stadionunuz var. Estoniyada belə şəraiti olan komandalar azdır. Bizi burada çox yaxşı qarşıladılar. Hər şey üçün təşəkkür edirik.
- Arif Əsədov: “Aşağı yaş millilərimizin ardıcıl məğlub olmaları təsadüfi deyil”
- DÇ-2026: Braziliyadan heç-heçə, Argentina uduzdu
- Millətlər Liqası: İtaliya və İngiltərədən qələbə - YENİLƏNİB
- Adil Şükürov: “Azərbaycan tarixinin ən zəif komandası kimi yaddaşlarda iz qoyacaq”
- İlham Yadullayev: “Qarşıdakı matçlara hazırlaşacağıq”