Xırdalan şəhərində “Abşeron” boks klubunun yeni zalının açılışı olub.
Azərbaycan Boks Federasiyasından (ABF) apasport.az-a verilən məlumata görə, açılış mərasimində ABF-nin baş katibi Nağı Səfərov, klubun yaradıcıları Vüqar Zalıyevlə Nazim Mehdiyev və digər şəxslər iştirak ediblər.
Qonaqlar burada yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıblar. Klubun yaradıcıları federasiya rəhbərliyinə boksçulara yaradılan şəraitə və göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.
Nağı Səfərov idmançılarla söhbət edib, onların hazırkı durumu ilə maraqlanıb.
Qeyd edək ki, məşqçi kimi çalışan Vüqar Zalıyevlə Nazim Mehdiyev Beynəlxalq Boks Assosiasiyasının 1 ulduz dərəcəsini yeni alıblar.
- Azərbaycanın daha üç boksçusu yarımfinala vəsiqə qazanıb
- Azərbaycanın iki boksçusu Avropa çempionatında növbəti mərhələyə yüksəlib
- Avropa çempionatında uğurlu gün – Daha 3 boksçumuz 1/4 finalda
- 2 boksçumuz Avropa çempionatının 1/4 finalında
- Azərbaycan boksçuları Qazaxıstanda keçirilən turnirdə üç medal qazanıblar