Angela Karini rəqibindən üzr istəyib
05.08.2024 - 19:28
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qalmaqalla yadda qalan Angela Karini və İmane Xalef yenidən gündəmə gəlib.
Apasport.az xəbər verir ki, rəqibi ilə görüşü tamamlamaqdan imtina edən Karini İmanedən üzr istəyib.
"La Gazzetta dello Sport"a müsahibə verən italiyalı boksçu Beynəlxalq Olimpiya Komitəsinin qərarına hörmətlə yanaşdığını bildirib.
Xatırladaq ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Karini əlcəzairli rəqibi ilə görüşün 46-cı saniyəsində aldığı zərbəni əsas gətirərək döyüşü tamamlamaqdan imtina etmişdi.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar
0
1