Mayın 2-də 17 yaşadək (U-17) oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinə start veriləcək.
Apasport.az xəbər verir ki, Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda iştirak edəcəklər.
185 boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.
Yarışın ilk günü saat 15:00-da açılış mərasimi təşkil olunacaq, ardınca döyüşlər başlayacaq.
Qeyd edək ki, “Heydər Əliyev kuboku-2026″nın supervayzeri Pavlo Vasilinçuk (Ukrayna), baş hakimi Anar Babanlı olacaq.
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar
- Millimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək