Millimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
11.09.2026 - 12:42
Sentyabrın 15-də Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Apasport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycanın U-23 millisi gücünü yoxlayacaq.
Komandanın məşqçisi Elbrus Rzayev turnirdə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev, Ruslan Rüstəmov (hər ikisi 65 kq), Vaqif Hacıyev (70 kq) və Abbasqulu Şadlinskini (75 kq) yoxlayacaq.
0
0