Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən martın 6-dan 8-dək Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq.
Kişilər arasında Murad Muradlı (60 kq), Ruslan Paşayev, İslam Rəhimov (hər ikisi 66 kq), Ömər Rəcəbli, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Camal Qamzatxanov və Uşanqi Kokauri (hər ikisi +100 kq) mübarizə aparacaqlar.
Dünya Cüdo Turuna daxil olan turnirdə 62 ölkədən 509 idmançı iştirak edəcək.
- Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
- Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
- İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq
- Cüdoçularımızın Əbu-Dabi Böyük Dəbilqəsində rəqibləri bəlli olub
- Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək