Azərbaycan millisi Polşa ilə yoldaşlıq görüşü keçirəcək
13.11.2025 - 14:55
Kişi boksçulardan ibarət Azərbaycan millisi Polşaya yollanıb.
Apasport.az xəbər verir ki, komandamız noyabrın 15-də Krakovda boks gecəsinə qatılacaq.
Boksçularımız Polşada yerli yığma ilə yoldaşlıq görüşünə çıxacaq.
Məşqçilər Etibar Abdullayevlə Ceyhun Əbiyev döyüşlərdə Nicat Hüseynov, Kənan Babayev (hər ikisi 55 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Malik Həsənov (65 kq), Mehdi Həsənov (70 kq), Şəmsi Şahbazov (75 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.
Qeyd edək ki, millimiz Bakıya noyabrın 18-də qayıdacaq.
- Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
- Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
- İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq
- Cüdoçularımızın Əbu-Dabi Böyük Dəbilqəsində rəqibləri bəlli olub
- Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
0
0