Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo millisinin üzvləri üçün sağlam qidalanma və performans mövzusunda maarifləndirici seminar keçirilib.
Apasport.az xəbər verir ki, seminar Azərbaycan Cüdo Federasiyasının tədris proqramı çərçivəsində təşkil olunub və cüdoçuların idman inkişafında düzgün qidalanmanın roluna həsr edilib.
Təlim zamanı yeniyetmə yaş dövründə qidalanmanın niyə kritik olduğu, enerji səviyyəsi, diqqət və bərpa proseslərinə təsiri, karbohidratların düzgün istifadəsi, hidratasiya və bərpa pəncərəsinin əhəmiyyəti sadə və praktik nümunələrlə izah edilib.
Beynəlxalq turnir təcrübələrindən real nümunələr təqdim olunaraq, səhv qidalanma və plansız çəki salmanın performansa mənfi təsirləri vurğulanıb.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu