Azərbaycanın yeniyetmə oğlanlardan ibarət cüdo millisi Avropa çempionatına hazırlığı Şamaxıda davam etdirir.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Təlim-məşq toplanışına yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edir. Gündə iki dəfə məşq edən cüdoçular fiziki hazırlıqla yanaşı, texniki və taktiki bacarıqların təkmilləşdirilməsi istiqamətində də intensiv çalışmalar aparırlar.
Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı iyunun 29-dan iyulun 2-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək.
- Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
- Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
- İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq
- Cüdoçularımızın Əbu-Dabi Böyük Dəbilqəsində rəqibləri bəlli olub
- Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək