25-26 iyul tarixlərində Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda 10 ölkədən 87 klubu təmsil edən 329 cüdoçu (281 oğlan, 48 qız) qüvvəsini sınayacaq.
Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə idmançılar U-14 və U-16 yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, 24-26 iyul tarixlərində yarış iştirakçıları üçün Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə texniki seminarlar təşkil olunacaq.
- Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
- Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
- İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq
- Cüdoçularımızın Əbu-Dabi Böyük Dəbilqəsində rəqibləri bəlli olub
- Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək