Bakıda yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı keçiriləcək
28.11.2025 - 18:56
Bakıda yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmə region idmançıları üçün Bakıda təlim-məşq toplanışı keçiriləcək. 

Apasport.az xəbər verir ki, təlim düşərgəsinə ölkənin müxtəlif regionlarından ümumilikdə 100 cüdoçu cəlb olunacaq.

Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyan toplanış 1-14 dekabr tarixlərini əhatə edəcək. 

Qeyd edək ki, təlim-məşq çərçivəsində idmançıların cüdo bacarıqlarının inkişafı, yeni qaydaların və texniki yeniliklərin öyrənilməsi, həmçinin fiziki hazırlığın artırılması istiqamətində proqramlar icra olunacaq.