Azərbaycanın üç cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində fəxri kürsüdə yerlərini alıblar.
Apasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində birincilik uğrunda Vüqar Talıbovla Elcan Hacıyev qarşılaşıb.
Elcan Hacıyev həlledici görüşdə qalib gələrək karyerasında ilk dəfə Böyük Dəbilqə turnirlərində çempionluq sevinci yaşayıb. Vüqar Talıbov isə gümüş medala sahib olub.
+100 kq çəkidə digər cüdoçumuz Camal Qamzatxanov finalda tacikistanlı Temur Rahimovla üz-üzə gəlib və məğlub olub.
Qeyd edək ki, bundan əvvəl azərbaycanlı Balabəy Ağayev (60 kq) artıq qızıl medal qazanmışdı.
- 14 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşib
- Cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək
- Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- Hidayət Heydərov: "Yenidən zirvəyə qayıdacağıma əminəm"
- Zelim Kotsoyev: "Qran-pridəki final görüşündə Hidayətin səsini eşidirdim"