Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turniri başa çatıb.
Apasport.az xəbər verir ki, milli komandamız Dünya Cüdo Turuna daxil olan yarışda bir medal qazanıb.
Son yarış günündə +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri bürünc mükafata yiyələnib. Cüdoçumuz həlledici görüşdə Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsüyə yüksəlib.
Yığmamızın digər üzvləri - Əhməd Yusifov (-60 kq), Murad Fətiyev (-90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri 5-ci yerdə başa vurublar.
Qeyd edək ki, ilk üç qarşılaşmasında qələbə qazanan Murad Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam etdirə bilməyib.

- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib