Cüdo üzrə Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya reytinq cədvəlinə başçılıq edirlər.
Apasport.az xəbər verir ki, onlar Beynəlxalq Cüdo Federasiyasının (IJF) açıqladığı cədvəldə lider mövqeyində qərarlaşıblar.
Hesabında 7254 xal olan Hidayət ən yaxın izləyicisi yaponiyalı Tatsuki İşiharanı (4800 xal) böyük fərqlə qabaqlayır. Zelim isə 6112 xalla 1-ci pillədə yer alıb. O, Matvey Kanikovskiy və İlya Sulamanidzeni geridə qoyub.
Digər cüdoçularımızdan Turan Bayramov (60 kq) iki pillə irəliləyərik 12-ci, Ruslan Paşayev (66 kq) isə bir pillə yüksələrək 19-cu pillədə yer alıb. Uşanqi Kokaurinin (+100) bir pillə geriləsə də (16-cı yer), Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) mövqeyində dəyişiklik olmayıb. Onlar müvafiq olaraq, 8-ci və 10-cu pillələrdə qərarlaşıblar.
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu
- Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək