Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yığmamız multi-idman tədbirində 9 cüdoçu ilə təmsil olunacaq. Fransa paytaxtında 7 kişi və 2 qadın idmançımız mübarizə aparacaq.
Kişilərdən ibarət millimizi Parisdə Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) təmsil edəcəklər. Qadınların yarışında Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
- Azərbaycan cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək - DÖRDÜNCÜ DƏFƏ
- Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq