Bu gün 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.
Apasport.az xəbər verir ki, mübarizənin son günündə komanda yarışları keçirilib.
Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 10, qızlarda isə 5 kollektiv qüvvəsini sınayıb.
Oğlanların mübarizəsində Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ baş mükafata sahib çıxıb. Abşeron-Xızı RGİİ gümüş medallara yiyələnib. Respublika Kompleks İdman Məktəbi və Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM komandaları III yeri tutublar.
Qızlardan təşkil olunmuş kollektivlərin yarışında isə Gəncə-Daşkəsən RGİİ komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ ikinci yerin sahibi olub. Respublika Kompleks İdman Məktəbinin komandası bürünc mükafata yiyələnib.
- Cüdoçularımız beynəlxalq turniri 11 medalla başa vurublar - FOTO
- Cüdoçularımız Belçikadakı Açıq Turnirin ilk günündə 7 medal qazanıb - FOTO
- Cüdoçularımız Belçikada beynəlxalq turnirdə çıxış edəcəklər
- Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- Gənc qızlardan ibarət cüdo millimiz Yaponiyaya yollanıb - FOTO