Cüdoçularımız Avropa Kubokunda 5 medal qazanıb
27.05.2024 - 09:58
Cüdoçularımız Avropa Kubokunda 5 medal qazanıb

25-26 mayda Portuqaliyanın Koimbra şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 gümüş və 2 bürünc medal əldə edib.

Apasport.az xəbər verir ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 6-cı, oğlanlar arasında 4-cü yeri, qızlar arasında isə 7-ci yeri tutub.

Cüdoçularımız yarışın ilk günündə 2 gümüş və 1 bürünc medal qazanıb.

Turnirin ikinci günü qızlar arasında -57 kq çəkidə Aytən Verdiyeva bürünc medal, oğlanların yarışında -90 kq çəkidə Hüseyn Eyvazlı gümüş medal qazanıb.

0