Yeniyetmələrdən ibarət milli komandamız 18–20 may tarixlərində Polşanın Bielsko-Biala şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edib.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan hazırlıq prosesində cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edib.
Təlim-məşq toplanışı yeniyetmələr arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.
Qeyd edək ki, qitə birinciliyi 29 iyun – 2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək.
- Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
- Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
- İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq
- Cüdoçularımızın Əbu-Dabi Böyük Dəbilqəsində rəqibləri bəlli olub
- Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək