Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri başa çatıb.
Apasport.az xəbər verir ki, son yarış günündə möhtəşəm çıxış edən milli komandamızın 4 üzvü fəxri kürsüyə qalxıb.
Murad Fətiyev (-90 kq) və Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Murad Fətiyev finalda ikiqat Olimpiya çempionu Laşa Bekaurini (Gürcüstan), Kənan Nəsibov isə həlledici görüşdə Olimpiya və dünya mükafatçısı Alişer Yusupovu (Özbəkistan) məğlub edib.
Zelim Kotsoyev (-100 kq) və Camal Qamzatxanov (+100 kq) isə bürünc medal qazanıblar.
Xatırladaq ki, daha əvvəl Əhməd Yusifov (-60 kq) və Ömər Rəcəbli (-81 kq) qızıl, Balabəy Ağayev (-60 kq) isə gümüş medala sahib çıxmışdı.
Yekunda 4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla 7 medal qazanan Azərbaycan 39 ölkə arasında ümumi komanda hesabında ikinci, kişilərin yarışında isə birinci yeri tutub.
- Gültac Məmmədəliyevadan bürünc medal
- Cüdoçularımız ilk günü 2 medalla başa vurdu
- Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatına Şamaxıda hazırlaşır
- Qadın cüdoçularımız Avropa Açıq Turnirində medal uğrunda mübarizə aparacaq
- Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar