Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandası ilk yarış gününü uğurla başa vuraraq 1 qızıl və 1 gümüş medal qazanıb.
Hər iki mükafat eyni çəki dərəcəsində qeydə alınıb. Azərbaycan finalına səhnə olan -60 kq-da Əhməd Yusifov qızıl, Balabəy Ağayev isə gümüş medala sahib olub.
Qeyd edək ki, Balabəy Ağayev Paris Böyük Dəbilqəsindən sonra ardıcıl ikinci dəfə finala yüksəlib. Əhməd Yusifov isə Böyük Dəbilqə turnirlərində ilk çempionluğunu rəsmiləşdirib.
Aktivində iki medal olan Azərbaycan ümumi medal sıralamasında Yaponiyadan sonra ikinci pillədə qərarlaşıb.
- Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
- Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
- İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq
- Cüdoçularımızın Əbu-Dabi Böyük Dəbilqəsində rəqibləri bəlli olub
- Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək