Gültac Məmmədəliyevadan bürünc medal
07.06.2026 - 20:03
Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışın son günündə daha bir medal qazanıb.
Gültac Məmmədəliyeva (-52 kq) bürünc medala sahib çıxıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Keytlin Barberi məğlub edib.
Xatırladaq ki, turnirin ilk günündə Fidan Əlizadə (-63 kq) gümüş, Madina Kaisinova (+78 kq) isə bürünc medal əldə etmişdi.
- Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
- Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
- İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq
- Cüdoçularımızın Əbu-Dabi Böyük Dəbilqəsində rəqibləri bəlli olub
- Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
0
0