Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışlarında daha bir idmançımız medal qazanıb.
Apasport.az saytının turniri işıqlandıran əməkdaşının verdiyi məlumata görə, 70 kq çəki dərəcəsində çıxış edən Aytac Qardaşxanlı üçüncülük uğrunda qarşılaşmada Səudiyyə Ərəbistanı idmançısı Fay Əl-Slbudla üz-üzə gəlib.
Təmsilçimiz rəqibini cəmi 11 saniyəyə ipponla məğlub edərək bürünc medalın sahibi olub.
****
14:58
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 70 kq çəki dərəcəsində döyüşən Aytac Qardaşxanlı yarımfinalda özbəkistanlı Xurşida Razzokberdieva ilə qarşılaşıb.
İdmançımız bu görüşdə rəqibinə məğlub olub.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
- Gültac Məmmədəliyevadan bürünc medal
- Cüdoçularımız ilk günü 2 medalla başa vurdu
- Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatına Şamaxıda hazırlaşır
- Qadın cüdoçularımız Avropa Açıq Turnirində medal uğrunda mübarizə aparacaq
- Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar