İslam Oyunları: Cüdoçumuz 1/4 finalda məğlub oldu
09.11.2025 - 13:16
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 78 kq çəki dərəcəsində döyüşən Günel Həsənli döşək üzərinə çıxıb.
Təmsilçimiz 1/4 final mərhələsində Qazaxıstan idmançısı Aruna Yangeldina ilə qarşılaşıb. İdmançımız bu görüşdə rəqibinə məğlub olub.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
- Gültac Məmmədəliyevadan bürünc medal
- Cüdoçularımız ilk günü 2 medalla başa vurdu
- Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatına Şamaxıda hazırlaşır
- Qadın cüdoçularımız Avropa Açıq Turnirində medal uğrunda mübarizə aparacaq
- Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar
0
0