Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 100 kq çəki dərəcəsində döyüşən Olimpiya çempionumuz Zelim Kotsoyev döşək üzərinə çıxıb.
Təmsilçimiz 1/4 final mərhələsində Livan idmançısı Caramnop Saqaypovla qarşılaşıb və görüşü qələbə ilə başa vurub.
Digər cüdoçumuz, +100 kq çəki dərəcəsində mübarizə aparan Uşanqi Kakauri isə ilk görüşdə özbəkistanlı Muzaffarbek Turoboyevə məğlub olub.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.