Millimiz İslamiadanın çempionu oldu
10.11.2025 - 19:23
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşının verdiyi məlumata görə, cüdo yığmamız qarışıq komanda yarışının finalında Özbəkistanla üz-üzə gəlib.
Yığma komandamız rəqibini 4:0 hesabı ilə məğlub edərək qızıl medalların sahibi olub.
Qeyd edək ki, komandada ölkəmizi Fidan Əlizadə, Hidayət Heydərov, Ruslan Paşayev, Aytac Qardaşxanlı, Elcan Hacıyev, Günel Həsənli və Uşanqi Kokauri təmsil edib.
- Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
- Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
- İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq
- Cüdoçularımızın Əbu-Dabi Böyük Dəbilqəsində rəqibləri bəlli olub
- Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
0
0